AzVak Şərtlər

AzVak-ın (azvak.az) Məxfilik siyasəti və Xidmət şərtləri

Son yenilənmə tarixi: [19.05.2025]

Xahiş edirik azvak.az, azvak.com.az və azvak.com saytlarından (bundan sonra “Platforma” və ya AzVak) istifadə etməzdən əvvəl aşağıdakı Məxfilik siyasəti və Xidmət şərtlərini diqqətlə oxuyun. Siz bu Platformaya daxil olmaqla və ya ondan istifadə etməklə, bu şərtləri qəbul etdiyinizi bəyan etmiş (təsdiq etmiş) olursunuz.

Ümumi Məlumat

azvak.az – iş elanlarının yayımını həyata keçirən onlayn platformadır. İş elanları Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış vergi ödəyicilərindən (bundan sonra yerindən asılı olaraq İşəgötürən, Müraciətçi və ya Sifarişçi) onların əməkdaşları və ya nümayəndələri vasitəsilə qəbul olunur və son istifadəçilərə (bundan sonra İşaxtaran) azvak.az, azvak.com.az, azvak.com veb-saytları və Platformanın sosial media səhifələri və kanalları üzərindən təqdim edilir.

1.Məxfilik siyasəti

Bu məxfilik siyasəti, azvak.az, azvak.com.az və azvak.com veb-saytlarında şəxsi məlumatların toplanması, saxlanması və istifadəsi prosedurlarını izah edir. azvak.az, azvak.com.az və azvak.com veb-saytılarına daxil olaraq və ondan istifadə edərək, bu məxfilik siyasətində göstərilən şəkildə şəxsi məlumatlarınızın toplanmasına, istifadə olunmasına və açıqlanmasına razı olduğunuzu bildirirsiniz.

azvak.az, azvak.com.az və azvak.com veb-saytlarında şəxsi məlumatların toplanması, saxlanması və istifadəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sizin məlumatlarınızla bağlı hüquqlarınız və seçimləriniz barədə məlumatlı olmanız bizim üçün vacibdir. Şəxsi məlumatlarınızın necə idarə olunduğunu daha ətraflı öyrənmək üçün aşağıda məlumatları oxuya bilərsiniz:

1.1 Topladığımız Məlumat

Topladığımız məlumatlar, xidmətlərimizi etibarlı və effektiv şəkildə təqdim etmək üçün vacibdir. Aşağıda topladığımız məlumatlar və necə əldə etdiyimiz barədə məlumat verilir:

• İxtiyarla Verilən Məlumatlar: Xidmət və məhsullarımıza maraq göstərərkən könüllü olaraq təqdim etdiyiniz şəxsi məlumatları toplayırıq.

• Onlayn Fəaliyyətlər:  azvak.az, azvak.com.az və azvak.com veb-saytılarında fəaliyyət göstərərkən və ya bizimlə müxtəlif səbəblərdən əlaqə qurarkən məlumat toplanır.

• Kontekstual Asılılıq: Toplanan məlumatlar, bizimlə əlaqə qurma tərzinizə, etdiyiniz seçimlərə və  azvak.az, azvak.com.az və azvak.com veb-saytıların istifadə etdiyiniz xüsusi məhsul və funksiyalara əsaslanır.

1.2 Məlumatlarınızı Necə İstifadə Edirik

Topladığımız məlumatlardan istifadə, sizinlə əlaqə saxladığınız xidmətlərə, onlarla necə qarşılıqlı əlaqədə olmağınıza və bizimlə paylaşdığınız seçimlərə əsaslanır. Məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:

• Xidmətləri təqdim etmək;

• Araşdırma və inkişaf məqsədləri üçün;

• Xidmətlər barədə sizinlə ünsiyyət qurmaq;

• Sorğularınızı cavablandırmaq və şikayətlərinizi həll etmək.

1.3 Məlumatlarınızı Paylaşmaq

Qanun tələblərini nəzərə alaraq, şəxsi məlumatlarınızı bağlı şirkətlərlə, bizim adımıza xidmət göstərən təchizatçılarla, tərəfdaşlarla, inkişaf etdiricilərlə və ya sizin göstərişinizlə digər şəxslərlə paylaşa bilərik.

1.4  Çərəzlər və Bənzər Texnologiyalar

"Çərəzlər" və bənzər texnologiyalar istifadə edərək məlumat toplama və saxlamağa baş vura bilərik. Bu texnologiyalar istifadəçi davranışını daha yaxşı anlamağa, təhlükəsizlik və fırıldaqçılıqla mübarizə aparmağa kömək edir. Həmçinin, istifadəçilərin saytımızın hansı hissələrinə baxdığını və axtarışların effektivliyini qiymətləndirməyə imkan verir.

1.5.  Üçüncü Tərəf Vebsaytları

azvak.az, azvak.com.az və azvak.com veb-saytılarından  igər vebsaytlara, onlayn xidmətlərə və mobil tətbiqlərə keçidlər ola bilər. Bu üçüncü tərəflərə təqdim etdiyiniz məlumatların təhlükəsizliyi və məxfiliyi barədə zəmanət verə bilmirik. Onlara təqdim etdiyiniz şəxsi məlumatlar bu məxfilik siyasətinə daxil edilmir.

1.6 Məlumatların Qorunması

AzVak olaraq, şəxsi məlumatlarınızı təşkilati, texnoloji və fiziki müdafiə tədbirləri ilə qorumağa sadiqik. Biz  müdafiə tədbirlərini davamlı olaraq inkişaf etdirir və təkmilləşdiririk, məqsədimiz şəxsi məlumatlarınızın qorunmasını təmin etməkdir.

1.7  Məlumatların Saxlanması

Topladığımız məlumatların saxlanma müddəti, məlumatın növünə və xüsusi ehtiyaclarımıza əsaslanır. Şəxsi məlumatlarınızı yalnız bu məxfilik siyasətində göstərilən məqsədləri yerinə yetirmək üçün lazım olan müddət ərzində saxlayırıq.

1.8 Bu Siyasətin Yenilənməsi

Biz bu məxfilik siyasətini zaman-zaman yeniləyə bilərik. Yenilənmiş versiya, "Yenilənib" tarixini göstərərək təqdim ediləcəkdir.

2. Xidmət şərtləri

2.1 Təqdim edilən məlumatların doğruluğu və zəmanət

İşəgötürən (Şirkət və ya fərdi sahibkar), İşəgötürənin əməkdaşı və ya onun nümayəndəsi iş elanının azvak.az, azvak.com.az və azvak.com saytlarında dərc edilməsi üçün təqdim etdiyi məlumatların düzgün, tam və aktual olduğuna zəmanət verir:

• Müraciətdə özüm və çalışdığım şirkət (qurum) haqqında göstərdiyim məlumatların doğru olduğunu təsdiq edirəm və səhv məlumat nəticəsində yarana biləcək zərərlərə görə məsuliyyət daşıdığımı bəyan edirəm, 

• Vakansiya elanı (və ya elanları) müraciətimdə qeyt etdiyim Şirkətə və ya fərdi sahibkara məxsusdur,

• Vakansiya elanında (və ya elanlarında) qeyd olunan məlumatların həqiqiliyini təsdiq edirəm,

• Vakansiya elanı üzrə hər bir müraciətə baxılacağını, tələblərə uyğun qiymətləndiriləcəyini və müraciətçilərə cavab veriləcəyini bəyan edirəm, 

• İşaxtaran ilə yazışmalar, telefon danışığı və görüş zamanı etika qaydalarına əməl edəcəyimizə və nəzakətli davranacağımıza, əlavə ödəniş tələb etməyəcəyimizi bəyan edirəm.

2.2 Xidmətlər və Ödənişlər

Xidmətlərin qiymətləri Azərbaycan valyutasında (AZN)  göstəriləir. Qiymətlər bazar şərtlərinə uyğun olaraq dəyişə bilər. Bütün ödənişlər rəsmi ödəniş üsulları ilə qəbul edilir. Müraciətçinin təqdim etdiyi məlumatlar və İş elanının mətni AzVak-ın tələblərinə uyğun olduqda Platforma tərəfindən yayım xidməti göstərilir. Əgər Müraciətçi və onun iş elanı barədə məlumatlar saxta, qeyri-dəqiq və ya yarımçıq olarsa iş elanının dərcindən imtina olunur və bu barədə Müraciətçyə göstərdiyi telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə məlumat verilir. Müraciətçinin təqdim etdiyi məlumatlar və iş elanının mətni AzVak-ın tələblərinə uyğun olduqda yayım üçün qəbul olunur və bu barədə Müraciətçyə göstərdiyi telefon nömrəsi və elektron poçt ünvanı vasitəsilə məlumat verilir. Bəzi hallarda (məsələn, texniki problem ) xidmətin göstərilməsi gecikə bilər və bu barədə istifadəçiyə məlumat veriləcəkdir.

2.3 İş elanını paylaşılması müddəti 

Yoxlanış, sənədləşmə və ödəniş mərhələləri başa çatdıqdan sonra iş elanı 24 saat ərzində paylaşılır.

2.4 İş elanına müraciətin olub-olmayacağı

AzVak yalnız iş elanlarının yayımlanması və ya paylaşılması ilə məşğul olur. AzVak dərc edilən iş elanı üzrə müraciətin olub-olmayacağına zəmanət vermir. 

2.5 AzVak-ın iş elanı üzrə məsuliyyəti

AzVak iş elanlarının məzmununa, həmçinin işəgötürən və işaxtaran arasında telefon, onlayn və görüş zamanı danışıqlara (yazışmalara), işəgötürənin əməkdaşlarının və işaxtaranların hərəkətlərinə görə məsuliyyət daşımır. İşaxtaran namizəd işə qəbul olmaq üçün heç bir ödəniş və ya bu məqsədlə kart məlumatlarını təqdim etməməlidir.

2.6. Müraciət zamanı yaranan çətinliklər 

Hər hansı problem zamanı istifadəçi [[email protected]] ünvanına və ya+994513437307 nömrəsinə müraciət edə bilər.

2.7 Texniki Xidmətlər və Əlaqə

Platforma 7/24 aktivdir. Lakin planlı texniki işlər zamanı qısa müddətli fasilələr ola bilər. Müştəri dəstəyi həftənin bazar ertəsi-cümə günləri saat 10:00 – 17:00 müddətində aktivdir. Əlaqə: [email protected] | (+994) 51 343 73 07

2.8 Qadağan Olunmuş Fəaliyyətlər

Onlayn müraciət zamanı yalan məlumatlar təqdim etmək, platformaya qarşı zərərli hərəkətlər (DDoS, hack cəhdləri və s.) etmək qadağandır.

2.9 Şərtlərin Dəyişdirilməsi

AzVak stənilən vaxt Məxfilik siyasəyi və Xidmət şərtlərini dəyişmək hüququnu özündə saxlayır.Yenilənmiş şərtlər platformada paylaşılır və istifadəçinin davam edən istifadəsi yeni şərtlərin qəbul edilməsi kimi qəbul olunur.

2.10 Qanunvericilik və Məhkəmə Yurisdiksiyası

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisəli hallar müvafiq məhkəmələrdə həll olunur.

2.11  Kartdan İstifadə Məsuliyyəti 

Saytımızdan və təqdim etdiyimiz rəqəmsal xidmətlərdən istifadə edərək ödəniş edən hər bir şəxs, ödənişi həyata keçirdiyi bank kartının sahibi olduğunu və ya kart sahibinin tam icazəsi ilə bu əməliyyatı etdiyini təsdiqləmiş sayılır. 3D Secure təhlükəsizlik tədbirləri ilə təsdiqlənmiş hər bir əməliyyat hüquqi baxımdan təsdiqlənmiş və geri qaytarılması mümkün olmayan əməliyyat hesab olunur. Əgər ödəniş, yetkinlik yaşına çatmamış şəxs tərəfindən valideynin və ya kart sahibinin xəbəri olmadan həyata keçirilibsə, bu halda məsuliyyət müştərinin üzərində qalır. azvak.az bu cür hallarda geri ödəniş və ya xidmətin ləğvini təmin etmir. İşəgötürənlərə, onların əməkdaşlarına və qanuni nümayəndələrə tövsiyə olunur ki, kart və cihaz məlumatlarına nəzarət etsinlər, çünki bu tip hallarda azvak.az yalnız təsdiqlənmiş əməliyyatlar üzrə texniki dəstəyi həyata keçirir, hüquqi və maliyyə məsuliyyət daşımır.