
Vəzifə öhdəlikləri:
Daşınmaz əmlak bazarının mütəmadi monitorinqinin aparılması;
Mənzil, kommersiya, torpaq və digər əmlak seqmentləri üzrə bazar məlumatlarının toplanması;
Satış və icarə qiymətlərinin araşdırılması və müqayisəli təhlili;
Rayon və ərazilər üzrə qiymət dinamikasının izlənilməsi;
Əmlakların bazar dəyərinə təsir edən əsas amillərin müəyyənləşdirilməsi;
Müqayisəli bazar təhlillərinin aparılması;
Əmlak portfelinin dəyərinin və dinamikasının təhlil edilməsi;
Əmlakların gəlirlilik və investisiya potensialının qiymətləndirilməsi;
Bazar tendensiyalarının, risklərin və potensial imkanların müəyyənləşdirilməsi;
Yeni daşınmaz əmlak layihələrinin və bazar iştirakçılarının araşdırılması;
Toplanmış məlumatların sistemləşdirilməsi və məlumat bazasının formalaşdırılması;
Aylıq, rüblük və illik analitik hesabatların hazırlanması;
Rəhbərlik üçün analitik arayışların, təqdimatların və statistik materialların hazırlanması;
Əmlakların alışı, satışı, icarəsi və investisiya qərarları üzrə analitik əsaslandırmaların hazırlanmasında iştirak;
Bazar məlumatları əsasında qiymət dəyişiklikləri üzrə proqnoz və analitik təkliflərin hazırlanması.
Tələblər:
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika, daşınmaz əmlak, şəhərsalma və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Sahə üzrə 5 il iş təcrübəsi;
Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
Daşınmaz əmlak bazarına dair bilik və maraq;
Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Statistik məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
Məlumatları müxtəlif mənbələrdən toplamaq, yoxlamaq və sistemləşdirmək bacarığı;
Analitik nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
İngilis və/və ya rus dili biliyi üstünlükdür.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz əmlak üzrə analitik” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.