
Əsas vəzifə öhdəlikləri
Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;
Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;
SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;
Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;
Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.
Namizədə dair tələblər
Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil;
SQL üzrə yüksək səviyyədə biliklər;
Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı;
Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər;
Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları;
Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı;
Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı.
İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində).
Üstünlük verilir:
Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər;
Data anbarı və data modelləri üzrə biliklər.
Vakansiyaya https://hr.turanbank.az/home linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.