
Modatex Mağazalar Şəbəkəsi (Colin’s, Mavi və Levi’s) komandamıza məsuliyyətli, təşkilatçılıq bacarığı yüksək və nəticəyönümlü Baş Anbardar axtarır.
Əsas vəzifələr:
Anbarın gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
Mal qəbulu, yerləşdirilməsi, saxlanılması və təhvil verilməsi proseslərinə nəzarət;
Anbar əməkdaşlarının iş bölgüsünü təşkil etmək və fəaliyyətini koordinasiya etmək;
Məhsul qalıqlarının düzgün uçotunu aparmaq və inventarizasiya prosesini idarə etmək;
Gələn və çıxan mallara dair sənədlərin düzgünlüyünə nəzarət etmək;
Anbarın təhlükəsizlik və daxili prosedurlara uyğun fəaliyyətini təmin etmək;
Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
Baş Anbardar və ya Anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi;
Anbar idarəçiliyi və uçot prosesləri üzrə biliklər;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Komanda idarəetmə, planlama və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, dəqiq, operativ və nəticəyönümlü olmaq.
Təklif edirik:
Rəqabətqabiliyyətli əməkhaqqı;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Karyera inkişafı və peşəkar yüksəliş imkanları;
Stabil və dinamik iş mühiti.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini “Baş Anbardar” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.