
“UĞUR İNDUSTRY” MMC Anbardar (istehsalat sahəsi üzrə) vakansiyası elan edir: Anbardar (istehsalat sahəsi üzrə)
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Diqqətli, çevik və məsuliyyətli olmalı;
Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
Anbar əməliyyatlarına dair uçot və hesabatların aparılmasının təmin edilməsi;
Bütün xammal, hazır məhsul, mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında mövcud olmasının təmin edilməsi, istisnalar barədə dərhal mühasibatlığın məlumatlandırılması;
Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialların təyin edilməsi və onlar barədə müvafiq izahatların mühasibatlığa təqdim edilməsi;
Hazır məhsul, xammal, mal-materialın qəbulu və anbardan buraxılmasının təşkil edilməsi;
Hazır məhsul anbar fəaliyyəti ilə əlaqədar mədaxil, məxaric və yerdəyişmə əməliyyatları ilə bağlı sənədlərin tərtibatı, arxivləşdirilməsi;
Tərəziyə daxil olan gündəlik giriş-çıxışlara nəzarət edilməsi, zavoda daxil olan xammalların tərəzi ilə yoxlanılması;
Anbardar köməkçiləri və avtokar operatorlarının fəaliyyətinin koordinasiya edilməsi;
Yüklənmək üçün zavoda daxil olan nəqliyyat vasitələrinin qəbul edilməsi və yüklənmiş nəqliyyat vasitələrinin sənədlərinin hazırlanmasının təmin ediməsi;
Aylıq hazır məhsul, xammal və tərəzi hesabatlarının hazırlanmasının təmin edilməsi;
Gündəlik satış məlumatları hesabatlarının hazırlanmasının təmin edilməsi;
Düzgün stoklanmaya nəzarət edilməsi və Anbar sahəsindən səmərəli istifadə edilməsi;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
Nahar ilə təmin edilir.
Korporativ nömrə ilə təmin edilir;
İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar (istehsalat sahəsi üzrə)” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.