Namizədə tələblər:
Logo proqramında sərbəst işləmək bacarığı (mütləqdir)
Anbardar sahəsində minimum 1-3 il iş təcrübəsi
Ali təhsil (Bakalavr dərəcəsi) üstünlük veriləcək.
MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
Əsas vəzifə və öhdəliklər:
Anbara daxil olan malları, xammalı və hazır məhsulları qəbul etmək, yoxlamaq və müvafiq qaydada yerləşdirmək;
Məhsul və xammalların anbardan buraxılışını müvafiq sənədlər (qaimələr, təhvil-təslim aktları) əsasında həyata keçirmək;
Anbardakı malların hərəkətini (giriş-çıxış) sistemdə və uçot sənədlərində dəqiq və vaxtında əks etdirmək;
İstehsalat və satış şöbələri ilə koordinasiyalı çalışaraq tələb olunan xammal və məhsulların operativ təminatını həyata keçirmək;
Anbarda olan mal-materialların saxlanma şəraitinə, təhlükəsizliyinə və zədələnməməsinə nəzarət etmək;
Dövri inventarizasiya (sayım) prosesində fəal iştirak etmək, faktiki qalıqlar ilə sistem göstəricilərini tutuşdurmaq;
Anbarda səliqə-sahmana, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
Yararsız və ya zədələnmiş mal-materiallar aşkar edildikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək və aktlaşdırmaq.
İş şəraiti:
İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
Nahar şirkət tərəfindən təmin edilir;
Servis xidməti (Sumqayıt şəhəri).
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Anbardar” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.