
Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti
Vəzifə öhdəlikləri:
Anbara daxil olan və anbardan çıxan materialların qəbul və təhvil prosesində anbardara köməklik göstərmək;
Materialların çeşidlənməsi, yerləşdirilməsi və düzgün saxlanılmasını təmin etmək;
Anbarın səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
Yüklərin daşınması, yüklənməsi və boşaldılması işlərində iştirak etmək;
Anbar üzrə inventarizasiya və sayım proseslərində iştirak etmək;
Mal-materialların sayının və fiziki vəziyyətinin yoxlanılmasında anbardara dəstək olmaq;
Anbar sənədlərinin hazırlanması və materialların uçotu prosesində köməklik göstərmək;
Rəhbərliyin və anbardarın tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək.
Namizədə dair tələblər:
Orta və ya orta ixtisas təhsili;
Anbar və logistika sahəsində iş təcrübəsi arzuolunandır;
Fiziki işlərdə çalışma qabiliyyəti;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komandada işləmək bacarığı;
Verilən tapşırıqları operativ və düzgün yerinə yetirmək;
Anbar işlərinin təşkili və təhlükəsizlik qaydalarına riayət etmək.
Əlavə məlumat:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: I–V günlər, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı: 500-600 AZN (NET)
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar köməkçisi” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.