
Əsas vəzifə öhdəlikləri
Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək;
Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq;
Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək;
Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək;
Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək;
Anbar sahəsindən səmərəli istifadəni təmin etmək;
Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər
Cins: Kişi
Yaş həddi: 25–40 yaş
Anbar sahəsində ən azı 1 il iş təcrübəsi;
MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Azərbaycan dilini mükəmməl bilmək;
Rus dili biliyi arzuolunandır.
İş şəraiti
İş yeri: Səngəçal
İş rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
Əmək haqqı: 700–800 AZN
Nahar: Şirkət tərəfindən təmin olunur
Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
E-mail mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.