
Vəzifə öhdəlikləri:
Məhsulları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının vəziyyətini yoxlamaq;
Sifarişlər əsasında anbardan mal çıxarılmasının təşkili və uçotu;
Anbar uçotu üzrə məlumatların müvafiq proqram təminatında qeydlərinin aparılması;
Rəhbərlik üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
Namizədlərə tələblər:
Təhsil: Ali və ya orta ixtisas təhsil
İş təcrübəsi: Anbar uçotu üzrə ən azı 3 il iş təcrübəsi (Keytring sahəsində üstünlükdür)
MS Office proqramları (xüsusi ilə Excel) biliyi
İİKO ilə işləmə bacarığı
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
Operativ çalışqan, məsuliyyətli, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
İş vaxtı: 08:00-dan 19:00-kimi
İş yeri: Ağ şəhəri
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı 1000-1200 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbar uçotu üzrə operator” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Diqqət:
Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
Yalnız qeyd olunmuş ünvanına gələn CV-lərə baxılacaq
Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil