
İş şəraiti
İş yeri: Sədərək, Bakı
Əmək haqqı: 1,000–1,200 AZN
Komandamıza anbar proseslərinin effektiv idarə olunmasını təmin edəcək, məsuliyyətli və işinə peşəkar yanaşan Baş Anbardar axtarırıq.
Əsas vəzifələr:
Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq;
Anbara daxil olan və anbardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək;
Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək;
Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək;
Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək;
Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.
Tələblər:
Anbar sahəsində iş təcrübəsi;
1C proqramında işləmək bacarığı;
Stok və inventar uçotu üzrə anlayış;
Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Fiziki məhsullarla işləmə və anbar proseslərini düzgün təşkil etmə bacarığı;
Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı.
Üstünlükdür:
Anbar rəhbəri / baş anbardar vəzifəsində əvvəlki iş təcrübəsi;
Böyük həcmli stoklarla işləmə təcrübəsi;
1C üzrə praktiki biliklərin yaxşı səviyyədə olması.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt göndərə bilərlər.
Mövzu hissəsində “Baş Anbardar” qeyd etməyiniz xahiş olunur.