
Əmək haqqı: Uyğun namizədin təcrübəsi və gözləntiləri nəzərə alınmaqla müəyyən ediləcək.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan və anbardan çıxan avadanliqlarin, və digər məhsulların qəbulunu, və uçotunu həyata keçirmək;
Məhsulların sayını, çeşidini və komplektliyini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Anbarda materialların düzgün, səliqəli və təhlükəsiz şəkildə yerləşdirilməsini təmin etmək;
Materialların təhvil-təslim prosesini və müvafiq sənədləşməni həyata keçirmək;
Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarını sistemdə qeyd etmək və müvafiq hesabatları hazırlamaq;
Anbar qalıqlarına mütəmadi nəzarət etmək, inventarizasiya prosesində iştirak etmək və faktiki qalıqları sistem məlumatları ilə üzləşdirmək;
Materialların düzgün kodlaşdırılması, etiketlənməsi və kateqoriyalar üzrə yerləşdirilməsini təmin etmək;
Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək.
Namizədə tələblər:
Xanım namizədlər
Anbardar və ya anbar təsərrüfatı sahəsində minimum 3 il iş təcrübəsi;
Anbar uçotu və materialların giriş-çıxış prosesləri üzrə təcrübə;
1C proqramında işləmək bacarığı mütləqdir;
MS Excel proqramında işləmək bacarığı;
Sənədlərlə işləmək və dəqiq uçot aparmaq bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Rus dili biliyi üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.