
Vəzifə öhdəlikləri
Forklift, tikinti texnikaları və yükqaldırma avadanlıqları üçün ehtiyat hissələrinin qəbulunu və uçotunu aparmaq;
Anbara daxil olan məhsulların sənədlərə uyğunluğunu yoxlamaq;
Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək;
Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək;
Satış şöbəsi ilə koordinasiyalı işləyərək ehtiyat hissələrinin operativ təqdim edilməsini təmin etmək;
Stok qalıqlarına gündəlik nəzarət etmək;
Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
İnventarizasiya proseslərini təşkil etmək və nəticələrini hesabatlaşdırmaq;
Mikro sistemində anbar əməliyyatlarını həyata keçirmək;
Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq;
Namizədə tələblər
Bəy namizədlər
Ehtiyat hissələri və ya texniki anbar sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti texnikaları, forkliftlər və ya sənaye avadanlıqları üzrə ehtiyat hissələri haqqında anlayış;
Mikro ilə işləmək bacarığı;
MS Excel proqramında sərbəst işləmək bacarığı;
Komandada işləmək və iş planlaması bacarığı;
Rus dili və İngilis dili biliyi üstünlükdür.
İş şəraiti
6 günlük iş qrafiki
İş saatları: Həftə içi-09:30-17:30
6-cı gün - 10:00-15:00
1200 – 1800 AZN NET əmək haqqı;
Peşəkar inkişaf imkanları;
Nahar şirkət tərfindən təmin olunur.
Ünvan: Bakı, Nizami rayonu,Babək prospekti 2360
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.