
İşəgötürən: Muradlı Group
Komandamıza anbar proseslərinin effektiv idarə olunmasını təmin edəcək, məsuliyyətli və işinə peşəkar yanaşan Baş Anbardar axtarırıq.
Əsas vəzifələr:
Anbarlarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq;
Anbarlara daxil olan və anbarlardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək;
Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək;
Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək;
Anbarlarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək;
Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
İnventarizasiya prosesini həyata keçirmək;
Anbarların səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.
Tələblər:
Təhsil: Ali təhsil ( İqtisadiyyat,Riyaziyyat, Maliyyə və İdarə etmə ixtisasları üzrə)
Cins: Kişi;
Yaş: 25- 35;
Anbar sahəsində ən azı 5 il iş təcrübəsi;
MS Office proqramları (xüsusi ilə Excel) biliyi;
1C proqramında işləmək bacarığı;
Dil bilikləri:
Stok və inventar uçotu üzrə anlayış;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Fiziki məhsullarla işləmə və anbar proseslərini düzgün təşkil etmə bacarığı;
Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı;
İş şəraiti
İş yeri: Binəqədi şossesi 4-cü mədən küçəsi;
Əmək haqqı: Müsahibə əsasında,rəqabətə uyğun olaraq ;
İş rejimi: 5 günlük (09:00-18:00);
Təminatlar
Nahar;
Mobil rabitə (danışıq və internet paketi);
Vəzifə prinsiplərinə uyğun olaraq təlim proqramlarına qoşulmaq imkanı;
Dinamik və peşəkar iş mühitində çalışmaq imkanı;
Maraqlanan şəxlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər