
Namizədə aid tələblər:
Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması;
Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması;
Komandada işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Vaxtın effektiv idarə edilməsi bacarığı;
Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik;
1 C 8.3 proqramında işləmək bacarığı;
AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi;
Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması;
Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması;
Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi;
Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi;
Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi;
Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi;
Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi;
Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması;
Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;
Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi;
Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi;
İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması;
Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması;
Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi;
Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
Anbar – Xırdalan şəhəri;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbardar” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.