
Sinteks Şirkətlər Qrupu “Mango və NEXT” brendi üzrə “Anbardar” vakansiyasını elan edir
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazanın anbarında olan malların qəbulu və saxlanmasını təşkil etməkdir. Əlavə olaraq dövrü inventarizasiya zamanı malların sayılmasına köməklik göstərməkdir.
Vəzifə öhdəlikləri:
Malları mərkəzi anbardan mağazaya qəbul edir.
Məhsulları anbardan ticarət zalına vaxtında çıxarır.
İnventarizasiya zamanı malların sayılmasına köməklik göstərir.
Mağazada mövcud olan malların və inventarların saxlanmasını və yerdəyişməsini təmin edir.
Anbarda olan bütün inventarın işlək vəziyyətdə olmasına nəzarət edir (skaner, kompyuter, kamera, yanğın detektorları və s.).
Professional biliklər:
Xüsusi professional bilik tələb olunmur
Xüsusi təhsil tələb olunmur
İş təcrübəsi: Xüsusi təcrübə tələb olunmur
Professional bacarıq və səriştələr:
Məsuliyyət
Çeviklik
Detallara diqqət
Maraqlanan namizədlər qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Link: https://careers.sinteks.com/forms/ssi-retail-mango-next-deichmann-2e956e?jobId=cmp4158dy017aoa010ggt5jhn
Vatsap: 050 235-35-73