
İş barədə məlumat:
Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək;
Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə etmək;
Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
Zədələnmiş və servisə göndərilməli malların vaxtında və düzgün qablaşdırmada göndərilməsini təşkil etmək;
Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;
Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;
Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək;
Fors-major hallarda operativ tədbirlər görmək və mağaza rəhbərliyini məlumatlandırmaq;
Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
İş şərtləri:
Əmək haqqı: Müsahibə əsasənda təyin olunur
İş rejimi: 6 günlük iş rejimi
AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
İş yeri: Binəqədi rayonu
Tələblər:
Cinsi: Kişi
Yaş: 25 – 45 yaş
Təhsil: Ali təhsil (İqtisadiyyat, logistika və ya idarəetmə sahəsində üstünlükdür)
İş təcrübəsi: Müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 3 il (Pərakəndə satış sahəsi üzrə iş təcrübəsi üstünlükdür)
Dil bilikləri: Azərbaycan dili səlis
Kompüter bilikləri: MS Word, MS Excel və Logo Tiger proqramlarında sərbəst işləmək bacarığı
Anbar idarəetməsi və daxili prosedurlar üzrə təcrübə
Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq
Liderlik bacarığı, heyət idarəetməsi və motivasiya
Effektiv qərarvermə və problemhəll etmə bacarığı
Müraciət qaydası:
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Anbardar” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.