
Vəzifə öhdəlikləri:
Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və
keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;
Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;
Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsinin təşkili;
Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;
Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) prinsipinin tətbiqi;
Anbar daxilində səliqə-sahmanın, nizam-intizamın və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
Ali təhsil üstünlükdür
Qida məhsulları ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;
Dəqiqlik, məsuliyyətlilik və operativlik;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
Əmək haqqı: 800–1000 AZN;
İş yeri:Gəmiqayırma Zavodunun yaxınlığı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.