
Zirə İstixana kompleksinə təcrübəli Aqronom (bitki mühafizə üzrə) tələb olunur
İş şəraiti
İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Vəzifə öhdəlikləri
Ərazidə monitorinq apararaq zərərvericilər, xəstəliklər və məhsulun yetişmə prosesinə mənfi təsir göstərə biləcək digər problemləri aşkar etmək və baş aqronomla birlikdə mübarizə tədbiri hazırlamaq;
Ərazidə zərərvericilərə qarşı istifadə olunacaq materialların yerləşdirmə sxemini hazırlamaq və yerləşdirilməsini təşkil etmək;
Periodik olaraq mübarizə vasitələrdən (feremonlardan) istifadə etmək;
Mütəmadi olaraq indikator yapışkanları baxışdan keçirmək və zərərvericilərin sayını qeyd etmək;
Xəstə bitkiləri aşkar etdikdə müalicəsinə dair tövsiyyələr vermək, müalicəsi mümkün olmayan xəstə bitkilərin ərazidən dərhal çıxarılmasını təşkil etmək;
Monitorinqin nəticələrini Baş aqronom, İstixana rəhbərinə yazılı, izahlı, lazım gəldikdə şəkilli formada təqdim etmək;
Kimyəvi maddələrin istifadə qeydiyyatını aparmaq ;
Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
Təhsil və iş təcrübəsi
Sahə üzrə ali təhsil
Müasir istixanada iş təcrübəsi
Bacarıq və səriştələr
İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
Dinamiklik və stressə davamlı.
Təminatlar:
Nahar və nəqliyyat təmin edilir.
Zəhmət olmasa CV-lərinizi [email protected] elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom bitki mühafizə üzrə (Zirə)” qeyd etməyi unutmayın.