
Vəzifə öhdəlikləri:
Sahə Rəisinə gündəlik işlərin təşkili və koordinasiyasında dəstək göstərmək;
Texniki və inzibati sənədləri hazırlamaq və qeydiyyatını aparmaq;
Gündəlik və həftəlik hesabatları hazırlamaq;
Sahədən daxil olan məlumatları toplamaq və sənədləşdirmək;
Layihə sənədlərinin və yazışmaların idarə olunmasına dəstək vermək;
Verilən tapşırıqları vaxtında və düzgün şəkildə icra etmək.
Tələblər:
Elektrik, Mexanika, İnşaat və ya digər texniki sahə üzrə ali təhsil;
MS Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
Məsuliyyətli, operativ və öyrənməyə həvəsli olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00 – 17:00
Əmək haqqı: 500-600 AZN (namizədin bilik bacarıq və təcrübəsindən asılı olaraq)
Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun bağlanılır.
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərərək mövzu hissəsində "Sahə Rəisinin Köməkçisi" qeyd etməyiniz xahiş olunur.