
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
İş barədə malumat:
Doğrama, təmizləmə və məhsulların hazırlanması işlərində iştirak etmək;
Şorba, sous və digər yarımfabrikat məhsulların hazırlanmasında iştirak etmək;
Hazır məhsulların resept və standartlara uyğun qablaşdırılmasını həyata keçirmək;
Məhsulların etiketlənməsinə və düzgün saxlanılmasına riayət etmək;
İstehsalat sahəsinin gündəlik və ümumi təmizlik işlərində iştirak etmək;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına əməl etmək;
Rəhbərlik tərəfindən verilən istehsalatla bağlı digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Orta təhsil;
Yaş 18-55;
Səliqəli, təmizkar , məsuıiyyətli və cəld olmalıdır.
İş şəraiti:
İş qrafiki: saat 07:00 – 16:00, 6 gün;
Əmək haqqı: 500 AZN net
Nahara görə əlavə pul ödənilir (50 AZN net)
İş yeri: İstehsalat sexi (ünvan: Elmlər metro yaxınlığı).
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya bu linkə https://p-m.az/dxspXXr4 (https://p-m.az/dxspXXr4) daxil olaraq vəzifəni göstərərək vakansiya müraciət edə bilər.