
Cənnət Bağı İstirahət Mərkəzi (Altıağac) komandamıza peşəkar və məsuliyyətli İsti və Soyuq Yeməklər Üzrə Aşpaz dəvət edir.
Vəzifə öhdəlikləri:
Menyuya uyğun isti və soyuq yeməklərin hazırlanması və təqdim edilməsi;
Yeməklərin keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
Mətbəxdə təmizlik, sanitariya və qida təhlükəsizliyi qaydalarına riayət etmək;
Məhsullardan səmərəli istifadə etmək və onların düzgün saxlanmasını təmin etmək;
Komanda ilə koordinasiyalı şəkildə işləmək.
Namizədə tələblər:
Aşpaz kimi müvafiq sahədə iş təcrübəsi;
İsti və soyuq yeməklərin hazırlanması üzrə bilik və bacarıq;
Məsuliyyətli, operativ və səliqəli olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
6 günlük iş qrafiki, həftədə bir dəfə istirahət günü
Əmək haqqı: 800 - 1200 AZN
Yaşayış yeri və qidalanma şirkət tərəfindən qarşılanır
Müraciət qaydası:
Maraqlanan namizədlər 0102349432 whatsapp nömrəsinə müraciət edə bilərlər.