
İş yeri: Xızı rayonu, Altıağac qəsəbəsi – Cənnət Bağı İstirahət Mərkəzi
Cənnət Bağı İstirahət Mərkəzi komandasına peşəkar və məsuliyyətli Aşpaz mütəxəssisin qoşulması məqsədilə əmək haqqı təklif olunur.
Vəzifə öhdəlikləri:
Milli və Avropa mətbəxinə uyğun yeməklərin hazırlanması;
Mətbəxdə gigiyena və sanitariya qaydalarına ciddi əməl olunması;
Məhsulların düzgün istifadəsi və saxlanılmasına nəzarətin təmin edilməsi;
Menyuda təqdim olunan yeməklərin keyfiyyətli və vaxtında hazırlanması.
Namizədə tələblər:
Aşpaz vəzifəsində iş təcrübəsinə malik olmaq;
Məsuliyyətli, səliqəli və intizamlı xarakterə sahib olmaq;
Komanda əməkdaşlığı bacarığına yiyələnmək;
İşinə yaradıcı və peşəkar yanaşma nümayiş etdirmək.
İş şəraiti:
6 günlük iş qrafiki, həftədə bir dəfə istirahət günü.
Əmək haqqı: 800 - 1200 AZN.
Yaşayış yeri və qidalanma şirkət tərəfindən qarşılanır.
Müraciət qaydası:
Maraqlanan namizədlər 0102349432 nömrəli Vatsap hesabına müraciət edə bilərlər.