
DAŞKƏSƏN LAYİHƏSİ Catering 145 Group olaraq Daşkəsən rayonunda həyata keçirilən catering layihəmiz üçün Baş Aşpaz vəzifəsinə peşəkar və təcrübəli əməkdaş axtarırıq.
Əsas tələblər:
Catering sahəsində müvafiq iş təcrübəsi
Baş Aşpaz vəzifəsində iş təcrübəsi
Qarabağ və digər region layihələrində iş təcrübəsi
İri həcmli catering və kütləvi qidalanma proseslərinin təşkili üzrə təcrübə
Mətbəx komandasının idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı
Food Safety və HACCP prinsipləri üzrə bilik və praktiki təcrübə
Sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına dair biliklər
Məsuliyyətli, intizamlı və operativ qərarvermə bacarığı
Vəzifə öhdəlikləri:
Mətbəxin gündəlik fəaliyyətinin planlaşdırılması və idarə edilməsi
Kütləvi qidalanma prosesinin müəyyən edilmiş standartlara uyğun təşkil olunması
Menyu üzrə yeməklərin keyfiyyətli və vaxtında hazırlanmasına nəzarət
Mətbəx əməkdaşları arasında iş bölgüsünün aparılması və komandanın koordinasiyası
HACCP və Food Safety tələblərinin tətbiqinə və icrasına nəzarət
Ərzaqların qəbulu, saxlanılması, hazırlanması və servis mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi
Məhsulların saxlama şəraiti və temperatur rejiminə nəzarət
Sanitariya və gigiyena qaydalarına riayət olunmasının təmin edilməsi
Ərzaq sərfiyyatının və mətbəx ehtiyatlarının səmərəli idarə olunması
Mətbəx proseslərinin fasiləsiz və effektiv təşkilinin təmin edilməsi
İş yeri: Daşkəsən rayonu
Əməkhaqqı: 1500-2000 AZN
Məşğulluq: Rəsmi əmək müqaviləsi
Yaşayış: Təmin olunmur, yaşayış xərcləri əməkdaş tərəfindən qarşılanır
Müraciət üçün:
CV-nizi [email protected] elektron poçt ünvanına “Baş Aşpaz – Daşkəsən” qeyd edərək göndərməyiniz xahiş olunur. Vatsap: 055 400 01 45