
Satış obyektimizə məsuliyyətli, çevik “Aşpaz köməkçisi” axtarırıq
Vəzifə öhdəlikləri:
Ərzaqların yuyulması, təmizlənməsi, doğranması və hazırlanması prosesinə dəstək olmaq
Yeməklərin hazırlanması prosesində aşpazın göstərişlərini yerinə yetirmək
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
Mətbəxdə təmizlik və sanitariya qaydalarına riayət etmək
Mətbəxdə iş prosesinin fasiləsiz və səmərəli təşkilinə dəstək olmaq
Hazır və yarımfabrikat məhsulların düzgün saxlanma şəraitinə və temperatur rejiminə riayət etmək
Məhsulların israfının qarşısının alınmasına və düzgün istifadəsinə diqqət yetirmək
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
Namizədə tələblər:
Aşpaz köməkçisi vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi
Məsuliyyətli, intizamlı və diqqətli yanaşma
Komandada işləmək və verilən tapşırıqları operativ icra etmək bacarığı
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
Əmək haqqı: 600-700 AZN
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz köməkçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.