
Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranının peşəkar mətbəx komandasına rəhbərlik edəcək, işinə məsuliyyətlə yanaşan və yüksək mətbəx standartlarını qoruyacaq Baş Aşpaz (Executive Chef) axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Mətbəxin gündəlik iş prosesinin tam təşkil və idarə olunması;
Mətbəx əməkdaşları arasında iş bölgüsünün aparılması və işə nəzarət;
Menyu üzrə yeməklərin reseptura, texnoloji kart, porsiya və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
Yeməklərin dad, görünüş və təqdimat keyfiyyətinin təmin edilməsi;
Məhsulların düzgün saxlanılması, istifadəsi və sərfiyyatına nəzarət;
Məhsul itkilərinin və israfın minimuma endirilməsi;
Food Cost və məhsul sərfiyyatının nəzarətdə saxlanılması;
Mətbəxdə sanitariya, gigiyena, qida təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət olunmasının təmin edilməsi;
Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət;
Yeni yeməklərin və menyu yeniliklərinin hazırlanması;
Mətbəx heyətinin təlimi, inkişafı və iş intizamına nəzarət;
Anbar və satınalma komandası ilə koordinasiyalı çalışaraq məhsul ehtiyaclarının müəyyənləşdirilməsi;
Mətbəxin operativ problemlərinin həlli və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
30-45 yaş aralığında bəy namizədlər;
Baş Aşpaz vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
Restoran və ya otel sahəsində minimum 7 il ümumi iş təcrübəsi;
Avropa və beynəlxalq mətbəx üzrə yaxşı bilik və praktiki bacarıqlar;
Food Cost, porsiya və məhsul sərfiyyatının idarə edilməsi üzrə biliklər;
Mətbəx komandasını idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
Qida təhlükəsizliyi və sanitariya-gigiyena standartları barədə bilik;
Liderlik və güclü təşkilati bacarıqlar;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Yüksək iş tempi və stressli mühitdə işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.
İş şəraiti:
Ünvan: Ağ Şəhər, Kitchen Plus restoranı
İş qrafiki: Dəyişkən, tam iş günü
İstirahət: Həftədə 1 gün
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.