Vəzifə öhdəlikləri:
Təyin olunmuş mətbəx bölməsində (isti yeməklər, soyuq yeməklər və s.) gündəlik iş prosesini həyata keçirmək;
Menyu üzrə yeməkləri resept və porsiya standartlarına uyğun hazırlamaq;
İlkin hazırlıq işlərini (mise en place) vaxtında tamamlamaq;
Yeməklərin keyfiyyətinə, təqdimatına və temperaturuna nəzarət etmək;
HACCP, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayət etmək;
FIFO prinsipinə uyğun məhsulların düzgün istifadəsini təmin etmək;
Servis zamanı bölmədə operativ və səmərəli iş prosesini qorumaq;
Köməkçi aşpazlara və mətbəx köməkçilərinə dəstək göstərmək və onları istiqamətləndirmək;
Bölmənin təmizliyini təmin etmək, avadanlıqlara düzgün qulluq etmək və ehtiyac yarandıqda rəhbərliyi məlumatlandırmaq.
Tələblər:
Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
Ən azı 1 il köməkçi aşpaz vəzifəsində iş təcrübəsi;
Bişirmə texnikaları və bıçaqdan istifadə bacarığı;
Reseptləri oxumaq və standartlara uyğun tətbiq etmək bacarığı;
Qida təhlükəsizliyi və sanitariya qaydaları üzrə bilik;
Komanda ilə işləmək və ünsiyyət bacarığı, məsuliyyətlilik və operativlik;
Növbəli iş qrafikində işləmək imkanı(əsasən gecə).
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.