Vəzifə öhdəlikləri;
Mətbəxdə təyin olunmuş bölmənin (isti yeməklər, soyuq mətbəx, qənnadı, souslar və s.) iş prosesinə kömək etmək;
Chef de Partie və Baş aşpazın göstərişlərinə uyğun olaraq yeməklərin hazırlanmasını həyata keçirmək;
İnqrediyentlərin hazırlanması, doğranması, porsiyalanması və düzgün saxlanılmasını təmin etmək;
Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
İş zamanı gigiyena və sanitariya qaydalarına riayət etmək (HACCP standartları daxil olmaqla);
Məhsulların keyfiyyətini, təzəliyini və düzgün saxlanma temperaturunu yoxlamaq;
Mətbəx bölməsində iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Gündəlik hazırlıq işlərində (mise en place) iştirak etmək;
Yeni menyu və yemək reseptlərinin tətbiqində rəhbər aşpazlara dəstək olmaq;
Sifarişlərin vaxtında və keyfiyyətli hazırlanmasına kömək etmək;
Qida israfının qarşısının alınması və məhsullardan səmərəli istifadə etmək;
Mətbəx inventarının və avadanlıqlarının qorunmasına diqqət yetirmək;
Komanda daxilində effektiv əməkdaşlıq etmək və iş intizamına riayət etmək.
Tələblər:
Otel və ya restoran mətbəxində təcrübə;
Avropa və ya beynəlxalq mətbəx standartları haqqında bilik;
Sürətli iş mühitində işləmək bacarığı;
Komanda ilə işləmə qabiliyyəti;
Detallara diqqət və məsuliyyətlilik.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.