
Əsas öhdəliklər:
Müxtəlif növ suşi, roll və digər Yapon mətbəxi təamlarının hazırlanması;
Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
İstifadə olunan məhsulların keyfiyyətinə və təzəliyinə nəzarət;
Mətbəxdə gigiyena və sanitariya qaydalarına riayət edilməsi;
Məhsulların düzgün saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi;
Yeni reseptlərin hazırlanması və menyunun təkmilləşdirilməsində iştirak;
Mətbəx komandasının digər üzvləri ilə effektiv əməkdaşlıq.
Kvalifikasiya tələbləri:
Təhsil: Orta və ya peşə təhsili;
İş təcrübəsi: Suşi şefi olaraq minimum 2 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
Yapon mətbəxi və suşi hazırlanması texnikaları üzrə peşəkar biliklər;
Müxtəlif suşi və roll növlərinin hazırlanması üzrə praktiki təcrübə;
Qida təhlükəsizliyi və gigiyena standartları haqqında biliklər;
Yüksək iş tempində işləmək bacarığı;
Məsuliyyətlilik və detallara diqqət;
Komanda ilə işləmək bacarığı;
Kreativ yanaşma və təqdimat bacarıqları.
Təklif edirik:
Əməkhaqqı: 1000–1200 AZN + servis haqqı;
Nahar və forma şirkət tərəfindən;
Peşəkar iş mühiti.
İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Suşi Şefi” başlığı ilə [email protected] elektron poçt ünvanına və ya 050 574 41 92 nömrəsinə WhatsApp vasitəsi ilə göndərə bilərlər.