
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Daxili Audit Departamenti
Birbaşa rəhbər: Daxili Audit Meneceri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Risk əsaslı illik Daxili Audit Planının hazırlanmasına dəstək göstərmək, biznes prosesləri və əsas risklər üzrə məlumatların toplanması və qiymətləndirilməsində iştirak etmək;
Təsdiq edilmiş Daxili Audit Planına uyğun olaraq audit tapşırıqlarının planlaşdırılması və başlanğıcdan yekunadək icrasını təmin etmək;
Audit tapşırığının məqsədini, əhatə dairəsini və əsas risklərini müəyyənləşdirmək, audit proqramını və tətbiq ediləcək audit prosedurlarını hazırlamaq və Audit Meneceri ilə razılaşdırmaq;
Audit olunan prosesləri təhlil edərək əməliyyat, maliyyə, uyğunluq və fırıldaqçılıq risklərini, eləcə də həmin risklər üzrə mövcud nəzarət mexanizmlərini qiymətləndirmək;
Məlumatların təhlili, müsahibə, müşahidə, sənəd yoxlaması və nəzarət testləri vasitəsilə yetərli və etibarlı audit sübutlarının əldə olunmasını təmin etmək;
Müəyyən edilmiş nəzarət çatışmazlıqlarının və kənarlaşmaların kök səbəblərini, risklərini və biznes təsirlərini qiymətləndirmək, əhəmiyyətli məsələləri vaxtında eskalasiya etmək;
Audit müşahidələrini aidiyyəti struktur bölmələrlə müzakirə etmək, faktların təsdiqlənməsini təmin etmək və praktik, risk əsaslı və dəyər yaradan tövsiyələr hazırlamaq;
Audit nəticələrini və əsas riskləri rəhbərlik üçün aydın, əsaslandırılmış və qərarverməyə yönəlmiş audit hesabatlarında təqdim etmək;
Audit tapşırıqlarının müəyyən edilmiş müddət, əhatə dairəsi və keyfiyyət tələblərinə uyğun tamamlanmasını təmin etmək, gecikmə və məhdudiyyətləri vaxtında Audit Menecerinə bildirmək;
Audit işçi sənədlərinin və əldə edilmiş sübutların Daxili Audit metodologiyasına və müvafiq peşəkar standartlara uyğun sənədləşdirilməsini və keyfiyyətini təmin etmək;
Razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin monitorinqində iştirak etmək, gecikmiş və ya icra edilməmiş tədbirlər üzrə riskləri qiymətləndirmək və zəruri hallarda eskalasiya etmək;
Audit tapşırıqları çərçivəsində auditorların işini istiqamətləndirmək və nəzərdən keçirmək, onlara konstruktiv geribildirim vermək və peşəkar inkişaflarına dəstək göstərmək;
Daxili Audit funksiyasının metodologiyasının, audit alətlərinin və iş yanaşmalarının davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Vəzifə tələbləri:
Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
Daxili audit, xarici audit, risklərin idarə edilməsi və ya əlaqəli sahədə 3–5 il iş təcrübəsi;
Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
Kommunikasiya və təqdimat bacarıqları;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş Auditor” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.