
Vəzifə öhdəlikləri:
İşə başlamadan əvvəl texniki təhlükəsizlik qaydalarına əsasən idarə etdiyi avtokarın gündəlik olaraq yoxlanması, sazlığına nəzarət edilməsi;
Baş anbardarın tapşırığı əsasında mövcud yüklərin təhlükəsiz şəkildə anbara, sexə və ərazidə olan lazımi yerlərə daşınması və yerləşdirilməsi;
Sifariş olunan ölçüdəki barabanların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi və eyni zamanda lazım gələrsə, oradan anbara və sexə gətirilməsi;
Avtokar vasitəsi ilə digər yükləmə işlərinin həyata keçirilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.
Məhsulların avtokarla daşınması və yerləşdirilməsinin mümkün olmadığı bəzi dar yerlərdə malların əl ilə səliqəli şəkildə yığılmasında abardara yardım etmək;
Sayım və iməclik proseslərində iştirak etmək;
Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək.
Təhsil tələbləri:
Avtokar sürücüsü sertifikatı mütləq tələbdir.
Avtokar sürücüsü vəsiqəsi isə əlavə üstünlükdür.
Staja dair tələb:
Ən azı 1-3 il
Peşə səriştələri:
Effektiv ünsiyyət
Operativlik
Dəqiqlik
Avtokarı səlis və düzgün idarəetmə bacarığı
Dil bilikləri:
Azərbaycan dili
İş şərtləri:
5 günlük iş qrafiki/saat 07:30-dan 17:30-a qədər.
Nahar və çay fasiləsi: 1 saat nahar və 2 dəfə olmaqla, 30 dəqiqə çay fasilələri
Əmək haqqı: 600-700 AZN
İş yeri: Abşeron rayonu Qobu-Güzdək ərazisi.
Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı əsasən Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük veriləcək. Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.