
Palma və dekorativ bitkilərlə peşəkar səviyyədə işləmə təcrübəsi olanlara üstünlük veriləcək
İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: “Melissa Group” (Yaşayış kompleksləri)
İşin Təsviri:
Təhkim olunduğu binaların həyətyanı sahələrində və daxilində olan bitkilərə qulluq;
Palma və digər dekorativ bitkilərin düzgün suvarılması, budanması və qidalandırılması;
Ağacların, kolların, gül bitkilərinin əkilməsi, xəstəlik və zərərvericilərdən qorunması;
Ağacların düzgün budanması;
Gübrələmə, dərmanlama və vitaminlərlə təmin olunması;
Bina həyətlərinin estetik və funksional görünüşünü təmin etmək məqsədilə landşaft dizaynının təşkili və həyata keçirilməsi;
Qazonların düzgün əkilməsi, suvarılması və torpağın bellənməsi daxil olmaqla, bitkilərin sağlam inkişafı üçün mütəmadi qulluq;
Qurumuş ağac və kolların çıxarılması, sahələrin yarpaqlardan və biçilmiş otlardan təmizlənməsi.
Namizədə Tələblər:
Bağçılıq və yaşıllaşdırma sahəsində minimum 2 il iş təcrübəsi;
Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
Alət və avadanlıqlar ilə işləmək bacarıqları;
Bitkilərdə xəstəlik və zərərvericiləri müəyyənləşdirə bilmək;
Xəstəlik və zərərvericilərə qarşı mübarizə üçün istifadə olunan dərman və preparatlar haqqında bilik;
Müxtəlif növ gübrələrin təyinatını və düzgün tətbiq qaydalarını bilmək;
Bitkilərin mövsümi qulluğu və mühafizəsi üzrə praktiki təcrübə.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Bağban” qeyd edərək [email protected] ünvanına göndərmələri və ya 051 252 78 86 nömrəsinə Vatsap üzərindən yazılı şəkildə müraciət etmələri xahiş olunur.