
İş yeri: Port Baku Walk
Komandamıza peşəkar, məsuliyyətli və qonaqpərvər Barmen axtarırıq.
İşin Təsviri:
Qonaqları gülərüz və peşəkar şəkildə qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək;
Kokteyl, spirtli və alkoqolsuz içkiləri resept və müəyyən olunmuş standartlara uyğun hazırlamaq;
Menyu və içkilər haqqında qonaqlara ətraflı məlumat vermək və uyğun seçimlər tövsiyə etmək;
Barın iş prosesini, məhsulların düzgün saxlanılmasını və vaxtında hazırlanmasını təmin etmək;
İçkilərin təqdimatına və servis standartlarına riayət etmək;
Bar avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
İş zamanı məhsulların sərfiyyatına və qalıqlarına nəzarət etmək;
Barın təmizliyini, səliqəsini və sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin etmək;
Anbar və bar məhsullarının qəbulunda və inventarizasiyasında iştirak etmək;
Qonaq məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
Komanda üzvləri ilə koordinasiyalı və effektiv işləmək;
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək.
Tələblər:
Barmen vəzifəsində iş təcrübəsi mütləqdir;
Kokteyl və içki hazırlanması üzrə yaxşı biliklər;
Bar avadanlıqları və iş prinsipləri haqqında məlumatlı olmaq;
Yüksək səviyyədə müştəri xidməti bacarığı;
Səliqəli, məsuliyyətli, çevik və diqqətli olmaq;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
Stressli və intensiv iş şəraitində işləyə bilmək;
Azərbaycan və rus dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür.
İş şəraiti:
6 günlük növbəli iş rejimi;
Şirkət tərəfindən naharla təmin olumur;
CV-lərinizi “Barmen” başlığı ilə əlaqə nömrəsinə 077 444 99 23 və ya [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.