
Baku Service Company komandamıza Çayçı vəzifəsi üzrə əməkdaş axtarırıq.
Şirkətimiz böyük və kiçik məişət əşyalarının təmir, quraşdırılması və servis xidməti ilə məşğuldur. İş yeri 6 mərtəbəli ofis binasındadır.
Namizədə tələblər:
Yaş: maksimum 55 yaş
Çayçı və ya buna bənzər sahədə iş təcrübəsi;
Ofis mühitində işləməyi bacarmaq;
Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
İş qaydalarına riayət etmək;
Komanda ilə işləmə bacarığı.
İş öhdəlikləri:
Günün birinci və ya ikinci yarısında mərtəbələr üzrə çayların hazırlanması və servis edilməsi;
Nahar zamanı mətbəxin təmizliyinə riayət etmək;
Mətbəxi daim təmiz və səliqəli saxlamaq;
Samovarları axşam boşaldaraq səhər üçün hazır vəziyyətə gətirmək;
Çay və mətbəx ləvazimatlarının səliqəli şəkildə saxlanılmasını təmin etmək;
Ofisin daxili qaydalarına və mətbəx təmizlik standartlarına riayət etmək;
Vəzifəyə uyğun digər gündəlik işləri yerinə yetirmək.
İş şəraiti
İş qrafiki: Həftədə 6 gün
Bazar günü – istirahət
Bazar ertəsi–Cümə: 10:00–18:00
Şənbə: qısa iş günü
İş iki çayçı arasında növbəli şəkildə bölüşdürülür:
Əmək haqqı: 600 AZN
Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
Omidlə üzbəüz, Baku Service Company – (Samsung)
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Çayçı” qeyd etməlidirlər.
Əlaqə - 055 255 47 00