
İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa mətbəx komandamıza qoşulacaq, çörək, kruasan və digər un məmulatlarının hazırlanmasını təmin edəcək məsuliyyətli və təcrübəli Çörəkçi axtarır.
Əsas vəzifə öhdəlikləri
Müxtəlif növ çörək, kruasan və digər un məmulatlarını hazırlamaq;
Xəmirin hazırlanması, mayalanması və bişirilməsi proseslərini düzgün həyata keçirmək;
Məhsulların keyfiyyətinə və vaxtında hazırlanmasına nəzarət etmək;
Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək;
Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və iş sahəsinin təmizliyini qorumaq.
Namizəd üçün tələblər
Çörəkçilik və kruasan hazırlanması üzrə praktik təcrübə;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı;
Otel və ya restoran sahəsində təcrübə üstünlükdür;
Gecə növbəsində işləməyə hazır olmaq.
CV-lərinizi mövzu hissəsində “Çörəkçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.