
Namizədə dair tələblər:
Cins: Qadın
Yaş: Məhdudiyyət yoxdur, təcrübə əsas götürülür
İş təcrübəsi: Minimum 1 il
Təhsil: Müvafiq sahə üzrə təhsil arzuolunandır
Digər tələblər:
Dərzilik sahəsində təcrübəli və peşəkar olmaq;
Müstəqil şəkildə ölçü götürməyi, qəlib çıxarmağı və biçim etməyi bacarmaq;
Geyimləri əvvəldən sona qədər tikmək bacarığına malik olmaq;
Qadın geyimlərinin tikilişində təcrübəli olmaq;
Müxtəlif növ parçalarla işləməyi bacarmaq;
Tikiş maşınlarından və dərzi avadanlıqlarından sərbəst istifadə etmək;
Yaxa, qol, astar, fermuar və digər geyim detallarını səliqəli hazırlamaq;
Hazır geyimlərdə ölçü və tikiş düzəlişlərini yerinə yetirmək;
Məsuliyyətli, diqqətli, səliqəli və işinə peşəkar yanaşmaq.
Vəzifə öhdəlikləri:
Geyimlərin ölçülərə uyğun hazırlanması;
Qəliblərin çıxarılması və parçaların düzgün biçilməsi;
Geyimlərin müstəqil şəkildə tikilməsi;
Müxtəlif fason və modellərin tikilişinin həyata keçirilməsi;
Parça növünə uyğun tikiş üsullarının seçilməsi;
Geyimlərin ölçü və forma baxımından yoxlanılması;
Hazır məhsullarda son düzəlişlərin və tamamlayıcı işlərin görülməsi;
Tikiş keyfiyyətinə və səliqəyə nəzarət edilməsi;
Sifarişlərin müəyyən olunmuş vaxtda və keyfiyyətlə tamamlanması.
İş qrafiki
Əməkhaqqı: 3000 azn
İş yeri: Yasamal, Bakı.
İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət.
İş saatları: 09:00–18:00.
Müraciət qaydası: Namizədlər CV-lərini və varsa, əvvəlki iş nümunələrini təqdim edə bilərlər.
Əlaqə nömrəsi: 055 712 31 10
Şirkət haqqında: LARINS MMC geyim sektorunda fəaliyyət göstərir.
Son müraciət tarixi: 16.11.2026