
Tələblər
Mühərrik təmiri sahəsində minimum 3-5 il iş təcrübəsi;
Mühərrik sistemlərinin quruluşu və iş prinsipini bilməli;
Diaqnostika və təmir bacarığı;
Avtomobil elektronikası və yüksək təzyiqli yanacaq sistemləri üzrə bilik;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı.
Öhdəliklər
Avtomobil mühərriklərinin diaqnostikasını aparmaq və nasazlıqları müəyyən etmək;
Mühərriklərin sökülməsi, yığılması və təmirini həyata keçirmək;
Nasaz hissələri təmir və ya dəyişdirmək;
Təmir sonrası yoxlanış və sınaqları icra etmək;
Görülən işləri müvafiq sənədlərdə qeyd etmək;
Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
İş şərtləri
İş qrafiki: Həftədə 6 iş günü;
İş yeri: Lökbatan dairəsi yaxınlığı;
Əməkhaqqı: 1500–1800 AZN (namizədin təcrübəsinə əsasən dəyişə bilər).
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Mühərrikçi" qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya 050 273 04 92 vatsap nömrəsinə göndərmələri xahiş olunur.