
Vəzifə öhdəlikləri
Nəqliyyat vasitələrində GPS izləmə və monitorinq avadanlıqlarının quraşdırılması, sazlanması və texniki servis xidmətlərinin həyata keçirilməsi;
Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
İş prosesi zamanı sifarişçinin nümayəndələri ilə peşəkar ünsiyyətin qurulması;
Görülmüş işlər üzrə müvafiq akt və digər sənədlərin düzgün doldurulması, imzalanması və təhvil verilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılması;
İşçi geyimindən düzgün istifadə olunması və onun səliqəli saxlanılması.
Namizədə tələblər
Avtomobil elektrikası və ya avtomobil elektronikası sahəsində biliklər;
GPS avadanlıqlarının quraşdırılması sahəsində iş təcrübəsi üstünlükdür;
Elektrik sxemlərini oxumaq və elektrik alətləri ilə işləmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Müştərilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı;
Gərgin iş şəraitində operativ işləmək bacarığı;
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
Şirkət təklif edir
Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
İstirahət günləri – şənbə, bazar və bayram günləri
Əmək haqqı: Başlanğıc 600-700 AZN
Təlim və öyrənmə dəstəyi;
Stabil və perspektivli iş mühiti
Ezamiyyətlər nəzərdə tutulmuşdur
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "GPS Quraşdırıcı" başlığı yazılmalıdır.