Vəzifə öhdəlikləri
Qazma meydançasında və cavabdeh olduğu sahələrdə aparılan əməliyyatlara nəzarət etmək, işlərin təsdiq edilmiş prosedurlara və təhlükəsizlik siyasətinə uyğun həyata keçirilməsini təmin etmək;
Gündəlik qazma məlumatlarını və təhvil-təslim qeydlərini düzgün aparmaq;
Qazma parametrləri əsasında quyunun vəziyyətini izləmək, quyu daxili problemlər zamanı operativ tədbirlər görmək;
Qazma kompanovkasının yığılması, “pipe tally” və quyuya buraxılan avadanlıqların ölçü və texniki göstəricilərinin düzgün qeydiyyatına nəzarət etmək;
Qoruyucu boruların endirilməsi, yoxlanılması və daralmış sahələrin açılması işlərini həyata keçirmək;
Quyu nəzarəti və atqıya qarşı avadanlıqların təzyiq sınaqlarını aparmaq, nəticələrin qeydiyyatını təmin etmək;
Preventor və digər quyu nəzarəti avadanlıqlarının yığılması və sökülməsi zamanı təhlükəsiz iş qaydalarına riayət olunmasına nəzarət etmək;
İşə İcazə sisteminin tələblərinə uyğun olaraq işləri qiymətləndirmək və təhlükəsizlik tədbirlərinin icrasını təmin etmək;
Tabeçiliyində olan personalın iş bölgüsünü aparmaq, onları təlimatlandırmaq və fəaliyyətinə nəzarət etmək;
Servis və təchizatçı şirkətlərin nümayəndələrinin işinə nəzarət etmək və zəruri təlimatları vermək;
İş sahəsində sağlamlıq, təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək;
Gündəlik qazma hesabatlarının hazırlanmasına məlumat təqdim etmək;
Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Orta və ya peşə təhsili;
Qazma sahəsində və uyğun vəzifədə 3–5 il iş təcrübəsi;
Qazma əməliyyatları, boruların endirilməsi və çıxarılması, quyu nəzarəti və qazma avadanlıqları üzrə praktiki biliklər;
SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və İşə İcazə sistemi üzrə biliklər;
Gündəlik qazma qeydlərini və texniki məlumatları aparmaq bacarığı;
Komandada işləmək, iş bölgüsü aparmaq və operativ qərar qəbul etmək bacarığı;
MS Office və digər əsas proqramlardan istifadə bacarığı;
İngilis dili biliyi arzuolunandır;
Well Control sertifikatının olması üstünlükdür;
Növbəli iş rejimində, quruda və dənizdə işləmək imkanı;
Məsuliyyətlilik, intizamlılıq, çeviklik və təhlükəsizlik qaydalarına ciddi yanaşma.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.