
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR
Kassa əməliyyatları və ödənişlər:
Qonaqları səmimi qarşılamaq, menyu haqqında dolğun məlumat vermək və sifarişləri Kassa / POS sisteminə dəqiq, dərhal daxil etmək
Nağd, nağdsız (bank kartları) və online sifariş ödənişlərini dəqiq və təlimatlara uygun şəkildə qəbul etmək
Qəbzlərin (çeklərin) qonaqlara vaxtında təqdim olunmasını təmin etmək
Növbə başında və sonunda kassa balansını (inkassasiya) yoxlamaq, kassa hesabatlarını düzgün tərtib etmək və Növbə Menecerinə təhvil vermək
Satış və müştəri məmnuniyyəti:
Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal şəkildə təqdim etmək
Əlavə satış texnikalarından (Upselling / Cross-selling) istifadə edərək orta çeki artırmaq
Qonaqların suallarını operativ cavablandırmaq, şikayət və ya yaranan anlaşılmazlıqları təmkinlə dinləyərək həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
Məsuliyyət, intizam və təhlükəsizlik:
Kassa zonasının, avadanlıqların və masaüstü materialların hər zaman səliqəli və təmiz saxlanmasını təmin etmək
Maliyyə intizamına, daxili prosedurlara və nağd pul vasitələri ilə iş qaydalarına tam əməl etmək
Şəxsi gigiyena, uniforma və xidmət standartlarına şərtsiz riayət etmək
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
Təhsil: Orta və ya ali
Yaş həddi: 18 – 35
Riyazi hesablama qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik
Gülərüzlük, ünsiyyətcillik və operativ işləmək bacarığı
Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti
Kassa / POS sistemləri ilə iş təcrübəsi arzuolunandır (təlimlər keçirilir)
Karyera yüksəlişinə maraq və inkişaf istəyi
İŞ ŞƏRAİTİ VƏ ÜSTÜNLÜKLƏR
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
İş qrafiki: 6 günlük (növbəli)
Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş
Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir
Karyera imkanları: Pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
MÜRACİƏT QAYDASI
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Briqada üzvü - Kassa" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Vatsap: (050) 291-77-35
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Kassa üzrə Briqada üzvü axtarır! Əgər diqqətli, riyazi düşüncəli, insanlarla ünsiyyəti sevən və gənc, dinamik komandada karyera qurmaq istəyən birisinizsə, bizə qoşulun.