
Şirniyyat və çörək istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə Təndirçi vəzifəsinə əməkdaş axtarılır.
İş yeri: Bakı, Papanin Hospitalının yanı
Əmək haqqı: Əmək haqqı namizədin iş təcrübəsi və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Namizədə tələblər:
Təndirdə çörək və çörək məmulatlarının hazırlanması üzrə iş təcrübəsi;
Xəmirin hazırlanması, kündələnməsi, formaya salınması və təndirə yerləşdirilməsi proseslərini bilməsi;
Təndirin düzgün qızdırılması və temperatur rejiminə nəzarət etmə bacarığı;
Çörəyin təndirdən düzgün və təhlükəsiz şəkildə çıxarılması;
Sanitariya və gigiyena qaydalarına riayət etməsi;
Məsuliyyətli, səliqəli və intizamlı olması;
Komandada işləmək bacarığı.
Şirkət tərəfindən:
Rəsmi əmək müqaviləsi,
Stabil və vaxtında əmək haqqı,
Rahat və peşəkar iş mühiti,
Daimi iş imkanı.
Müraciət üçün: 051 632 00 20 (WhatsApp aktivdir)