
Şirniyyat və çörək istehsalı sahəsində fəaliyyət göstərən müəssisəmizə Piroşki və Qutab Ustası vəzifəsinə əməkdaş axtarılır.
İş yerləri:
Məhəmmədi qəsəbəsi
Papanin Hospitalının yanı
Hövsan qəsəbəsi
Əmək haqqı:
Əmək haqqı namizədin iş təcrübəsi və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Namizədə tələblər:
Piroşki və müxtəlif çeşiddə qutabların hazırlanması üzrə iş təcrübəsi;
Xəmirin hazırlanması, yoğrulması, kündələnməsi və yayılması proseslərini bilməsi;
Piroşki və qutab üçün müxtəlif içliklərin hazırlanması və düzgün porsiyalanması;
Məhsulların forma və ölçü standartlarına uyğun hazırlanması;
Piroşkilərin bişirilməsi/qızardılması və qutabların düzgün bişirilməsi;
Məhsulların keyfiyyətinə, dadına və görünüşünə nəzarət etməsi;
Sanitariya və gigiyena qaydalarına riayət etməsi;
İş yerini və istifadə olunan avadanlıqları təmiz və səliqəli saxlaması;
Məsuliyyətli, səliqəli və intizamlı olması;
Komandada işləmək bacarığı.
Şirkət tərəfindən:
Rəsmi əmək müqaviləsi
Stabil və vaxtında əmək haqqı
Rahat və peşəkar iş mühiti
Daimi iş imkanı
Müraciət üçün: 051 632 00 20 (WhatsApp aktivdir)