
Vəzifənin məqsədi
Müəssisədə qəbul olunan balıqların sanitariya-gigiyena və texnoloji tələblərə uyğun şəkildə ilkin emalının (təmizlənməsi, içalatının çıxarılması, yuyulması və hazırlanması) təmin edilməsi, məhsulun keyfiyyətinin qorunması və satışa və ya sonrakı emal mərhələsinə yararlı vəziyyətə gətirilməsidir.
Vəzifə öhdəlikləri
Müştərilərin istəyi ilə balıqların təmizlənməsi və doğranılması
Balığın pulcuqlarının təmizlənməsi.
Balığın içalatının çıxarılması və yuyulması.
Balığın növünə uyğun şəkildə doğranması və file halına salınması.
Təmizlənmiş məhsulun çeşidlənməsi və qablaşdırılmaya hazırlanması.
İş yerinin, alət və avadanlıqların təmiz saxlanılması.
Sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Rəhbərliyin verdiyi digər istehsalat tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Azərbaycan dilində səlis danışıq bacarığı
Ünsiyyət və problem həll etmə bacarığı
Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Karyera inkişaf imkanı
Mehriban və peşəkar komanda
Əmək haqqı 700+100 AZN
Vatsap: 0102654548
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Balıq təmizləyən” qeyd olunmalıdır.
Şirkət haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.