
Vəzifə öhdəlikləri:
Tikinti layihələri üzrə topoqrafik ölçmələrin aparılması və dəqiq koordinatların hazırlanması;
İnşaat sahəsində topoqrafik və geodeziya ölçmə cihazlarından düzgün və səmərəli istifadə;
Müxtəlif miqyaslı xəritə, topoqrafik plan və xüsusi planların hazırlanması;
Topoqrafik məlumatların müvafiq proqram təminatlarına köçürülməsi, emalı və hesabatların hazırlanması;
Tikinti sahəsində dəyişikliklərin və işlərin gedişatının mütəmadi izlənilməsi və layihə rəhbərliyinə təqdim edilməsi;
Yerüstü geofiziki işlər üzrə hesabatların hazırlanması üçün məlumat bazasının formalaşdırılması və sistemləşdirilməsi;
Təlimat, texniki norma və standartlara uyğun topoqrafik işlərin icrası;
Əldə edilmiş ölçmə məlumatlarının işlənilməsi, təhlili və sənədləşdirilməsi.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil (arzuolunandır);
Topoqrafiya/geodeziya sahəsində müvafiq iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
İngilis dili biliyi (arzuolunandı)
Topoqrafik və geodeziya cihaz və avadanlıqları ilə işləmək bacarığı;
Texniki sənədlərlə işləmə bacarığı;
Komandada işləmək və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə malik olmaq.
Müraciət etmək üçün: [email protected] və ya [email protected] elektron poçt ünvanlarına mövzuda “Topoqraf (Qarabağ)” qeyd etməklə CV-nizi göndərməyinizi xahiş edirik.