
Drill & Cut QSC komandamıza NDT İnspektoru axtarırıq!
Əgər MT, PT, UT, VT və ECI metodları üzrə təcrübəniz, müvafiq NDT sertifikatlarınız və Oil & Gas / sənaye sahəsində iş təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Sizin əsas rolunuz:
Qazma Boruları və Qazma Kolonlarının İnspeksiyası üzrə Mütəxəssis (OCTG/NDT
İnspektoru)
NDT yoxlamalarının həyata keçirilməsi və nəticələrin qiymətləndirilməsi
Qaynaq tikişləri, metal konstruksiyalar və avadanlıqların inspeksiyası
Texniki hesabat və test protokollarının hazırlanması
ASME, ASTM, ISO, AWS və müştəri tələblərinə uyğunluğun təmin edilməsi
NDT avadanlıqlarının texniki vəziyyətinə və kalibrlənməsinə nəzarət
Namizədə tələblər:
DS-1 / DS-2 inspection — DS-1 / DS-2 standartlarına uyğun inspeksiya (texniki yoxlama)
NDT Level II – UT, MT/MPI, PT — Dağıdıcı olmayan nəzarət (NDT) üzrə II səviyyə – ultrasəs (UT), maqnit toz üsulu (MT/MPI), penetrant üsulu (PT)
Visual & Dimensional Inspection — Vizual və ölçü yoxlaması
Thread inspection / thread gauging — Yivlərin yoxlanılması / yivlərin ölçü kalibrləri ilə yoxlanılması
2+ il müvafiq iş təcrübəsi
Oil & Gas və ya sənaye təcrübəsi
Texniki çertyojları oxuma bacarığı
Dəqiqlik, analitik düşüncə və detallara diqqət
İş şəraiti
Bakı / Qaradağ
5 günlük iş həftəsi | 08:00–17:00
Nahar təmin edilir
Nəqliyyat təmin edilir
Əmək haqqı – təcrübə və peşəkar bacarıqlara əsasən
CV-nizi mövzu hissəsində “NDT İnspektoru” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.
Peşəkarlığınızı real sənaye layihələrində tətbiq etməyə hazırsınız? Sizi komandamızda görməkdən məmnun olarıq!