
“TƏHSİL TV” komandası müxbir vakansiyası elan edir!
Təhsil sahəsində baş verən yenilikləri izləməyi, araşdırma aparmağı və aktual məlumatları auditoriyaya çatdırmağı bacaran namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Təhsil sahəsində baş verən yenilikləri, hadisələri və aktual məsələləri izləmək;
Xəbər, müsahibə, reportaj və digər jurnalistik materiallar hazırlamaq;
Məlumatların dəqiqliyini yoxlamaq, etibarlı mənbələr əsasında araşdırma aparmaq;
Təhsil müəssisələri, müvafiq qurumlar və sahə üzrə ekspertlərlə əlaqə saxlamaq;
Müsahibələr təşkil etmək və çəkiliş prosesində iştirak etmək;
Hazırlanan materialları redaksiya tələblərinə uyğun şəkildə təqdim etmək;
Gündəlik xəbər gündəmini izləmək və aktual mövzular üzrə təkliflər irəli sürmək.
Namizəddən tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı (ingilis dili biliyi üstünlükdür);
Təhsil sahəsi, təhsil siyasəti və təhsil sistemindəki yeniliklər barədə məlumatlı olmaq, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyi;
Araşdırma aparmaq, məlumatları təhlil etmək və faktları yoxlamaq bacarığı;
Müsahibə almaq və ünsiyyət qurmaq bacarığı;
Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftəiçi, saat 09:00–18:00;
İş yeri: “TƏHSİL” TV-nin ofisi;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən, razılaşma yolu ilə.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və varsa, əvvəlki jurnalist materiallarından nümunələri [email protected] ünvanına göndərə bilərlər.