
İşin təsviri:
Yük maşınlarından və digər nəqliyyat vasitələrindən malların yüklənməsi və boşaldılması;
Daxil olan və göndərilən malların yoxlanılması;
Malların müəyyən edilmiş qaydalara uyğun çeşidlənməsi, yerləşdirilməsi və etiketlənməsi;
Malların daşınma zamanı zədələnməsinin qarşısını almaq üçün düzgün qablaşdırılması və bərkidilməsi;
İnventar uçotunun aparılması və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi;
Sifarişlərin hazırlanması və vaxtında yüklənməsinin təmin edilməsi;
Anbarda təmizlik və səliqənin qorunması;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, sanitariya-gigiyena qaydalarına riayət edilməsi;
Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri çərçivəsində verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
Bəy namizədlər
Orta təhsil;
Anbar sahəsində iş təcrübəsi arzuolunandır;
Fiziki işləri yerinə yetirmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
Təklifimiz:
Müasir şərtlərə cavab verən avtomatlaşdırılmış anbar
Əmək haqqı (540 azn ) əlavə bonus
Şirkət hesabına özəl tibbi sığorta
Nahar və servis xidməti
Karyera yüksəlişi
Müvafiq sahədə peşəkar inkişaf
Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək
Ərazi: Bakı, Binə qəsəbəsi
Maraqlananlar CV -lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Vatsap: 099 203 05 07
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.