
Vəzifə öhdəlikləri:
Şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
Satış, marketinq və müştəri münasibətləri proseslərini idarə etmək;
Satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət etmək;
Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və yeni inkişaf imkanlarını müəyyən etmək;
Gəlirlərin və mənfəətliliyin artırılması üçün tədbirlər planı hazırlamaq;
Kommersiya büdcəsinin hazırlanması və idarə olunmasını təmin etmək;
Satış komandalarının fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək;
Müştərilər, distribyutorlar və strateji tərəfdaşlarla danışıqlar aparmaq;
Kommersiya göstəricilərinin (satış, marja, bazar payı və s.) təhlilini həyata keçirmək və rəhbərliyə hesabat təqdim etmək;
CRM və digər kommersiya sistemlərinin effektiv istifadəsini təmin etmək.
Satış və marketinq performansının mütəmadi analizi və KPI-lar əsasında hesabatlılığın təmin edilməsi;
Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.
Tələblər
Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Kommersiya, satış və ya biznesin inkişafı sahəsində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi;
FMCG, qida və ya istehsalat sektorunda təcrübəyə üstünlük verilir;
Strateji planlaşdırma və komanda idarəetmə bacarığı;
Maliyyə göstəricilərini və satış analitikasını oxumaq və təhlil etmək bacarığı;
Azərbaycan dili sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
Liderlik və qərarvermə bacarığı;
Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
Analitik düşüncə və nəticəyönümlülük;
Danışıqlar aparmaq və komandaya motivasiya vermək bacarığı.
Təklif edirik:
Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;
Strateji qərarların qəbulunda aktiv iştirak;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi.
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası);
Əmək haqqı: Bazar rəqabətinə uyğun əmək haqqı (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək).
CV-nizi mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: +994 55 293 13 39