
Vəzifə öhdəlikləri:
Yerli və xarici satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
Yerli və beynəlxalq təchizatçılarla effektiv əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi;
Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması, icrasına nəzarət və satınalma sənədlərinin düzgün idarə olunması;
Satınalma strategiyasının hazırlanması və xərclərin optimallaşdırılması;
Logistika, maliyyə, anbar və satış şöbələri ilə koordinasiyalı fəaliyyət göstərilməsi;
Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
Satınalma komandasının idarə olunması və iş proseslərinin təkmilləşdirilməsi.
Namizədə tələblər:
Satınalma sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
Xarici satınalma və beynəlxalq tədarük prosesləri üzrə praktiki təcrübə;
Meyvə-tərəvəz, qida məhsulları və ya FMCG sahəsində iş təcrübəsi mütləqdir;
Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
Güclü analitik düşüncə, danışıqlar aparmaq və liderlik bacarıqları;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Şirkət təklif edir:
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Korporativ mobil nömrə;
Nahar təminatı;
Xarici ezamiyyət imkanları.
İş yeri: Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Rəhbəri” qeyd etməklə şirkətin [email protected] elektron poçt ünvanına göndərə bilərlər