
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan edir.
Direktor vəzifəsi üzrə əmək funksiyaları:
Teatrın fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil etmək;
Yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək;
Teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
Repertuar siyasətini formalaşdırmaq;
Dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək;
Dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, digər tərəfdaşlarla əməkdaşlıq qurmaq və teatrı təmsil etmək;
Tamaşaçı auditoriyasının genişləndirilməsi, marketinq və kommunikasiya strategiyalarının tətbiqini təmin etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək.
Direktor müavini vəzifəsi üzrə əmək funksiyaları:
Yaradıcı və inzibati idarəetməni həyata keçirilməsini təmin etmək;
Strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək;
Yerli və beynəlxalq layihələrin, təşəbbüslərin hazırlanmasını və icrasını təşkil etmək;
Teatrın fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
Direktorun digər tapşırıqlarını icra etmək.
Namizədlərə aid tələblər:
Direktor vəzifəsi üzrə
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
İdarəetmə sahəsində 5 il iş təcrübəsi olmalı;
Mədəniyyət və incəsənət ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə ali təhsili olmalı, (idarəetmə sahəsində əlavə təhsili olanlar üstünlük hesab olunur)
Azərbaycan dilini mükəmməl bilməli (digər xarici dilləri bilmək üstünlük hesab olunur);
Strateji planlaşdırma, maliyyə layihələrin idarə olunması və inzibati idarəetmə sahəsində bilikləri olmalı;
Liderlik, qərarvermə, analitik düşünmə, kollektivin idarə olunması bacarıqları;
Azərbaycan incəsənəti, o cümlədən teatr sahəsində zəruri biliklərə malik olmalı.
Direktor müavini vəzifəsi üzrə:
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
Rəhbər və ya idarəetmə sahəsində iş təcrübəsi olmalı;
Mədəniyyət və incəsənət ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə ali təhsili olmalı; (idarəetmə sahəsində əlavə təhsi üstünlük hesab olunur)
Azərbaycan dilini mükəmməl bilməli (digər xarici dilləri bilmək üstünlük hesab olunur);
Strateji planlaşdırma, maliyyə layihələrinin idarə olunması və inzibati idarəetmə sahəsində bilikləri olmalı ;
komanda ilə işləmək bacarığı olmalı;
Azərbaycan incəsənəti, o cümlədən teatr sahəsində zəruri biliklərə malik olmalı;
MS Office proqramlarında sərbəst işləmək bacarığına malik olmalıdır.
Müsabiqə mərhələləri
sənədlərin qəbulu və ilkin qiymətləndirilməsi;
müsahibə;
yekun qiymətləndirmə.
Qeyd: Yalnız ilkin qiymətləndirmə mərhələsini uğurla keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son qeydiyyat tarixi 31 avqust 2026-cı il
Namizədlər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciət edə bilərlər.