
Vəzifənin qısa təsviri:
CCO gəlir artımı, mənfəətlilik, müştəri portfelinin inkişafı, qiymət intizamı və bazarın genişləndirilməsi üzrə tam məsuliyyət daşıyır. Vəzifə kommersiya strategiyasını müəyyən edir və icra edir, daxili və ixrac kanalları üzrə B2B satışlara rəhbərlik edir, aydın KPI-lar və hesabatlılıq əsasında intizamlı, yüksək nəticəyönümlü kommersiya təşkilatı qurur.
Biz mövcud satışları idarə etməkdən artığını bacaran kommersiya lideri axtarırıq — bazar quran, strateji müştərilər qazanan, marjanı qoruyan və GiLTEX üçün dayanıqlı, mənfəətli artım yaradan lider.
Əsas vəzifə öhdəlikləri:
Kommersiya strategiyası və bazarın genişləndirilməsi
GILTEX-in kommersiya və bazara çıxış (go-to-market) strategiyasını daxili və ixrac bazarları üzrə hazırlamaq və icra etmək
Əsas diqqəti MDB regionuna yönəltməklə yeni bazarları, satış kanallarını və müştəri seqmentlərini müəyyən etmək və mənimsəmək
Bazar tələbini və rəqabət mühiti üzrə məlumatları etibarlı satış proqnozlarına və kommersiya planlarına çevirmək
Gəlir və mənfəətlilik
Gəlir, ümumi marja və mənfəətlilik hədəflərinə nail olmaq
Satış prosesində qiymətqoyma, endirim və kommersiya şərtləri üzrə vahid intizam qurmaq və onun tətbiqinə nəzarət etmək
Müştəri və məhsul səviyyəsində marja təhlilinə əsaslanaraq məhsul və müştəri strukturunu mənfəətlilik baxımından təkmilləşdirmək
Satış və müştəri portfeli
Daxili və ixrac bazarları üzrə B2B satışlara rəhbərlik etmək
Yeni müştərilər cəlb etmək və strateji müştəriləri inkişaf etdirmək
Aydın konversiya hədəfləri və CRM intizamı ilə güclü satış pipeline-ı formalaşdırmaq və idarə etmək
Açar müştərilərin idarə edilməsini (key-account management) və müştərilərin əldə saxlanmasını gücləndirmək
Funksiyalararası koordinasiya
Kommersiya öhdəliklərinin istehsal gücü, maya dəyəri və keyfiyyətlə uzlaşdırılması üçün İstehsalat, Maliyyə, Təchizat Zənciri, Marketinq və Keyfiyyət funksiyaları ilə sıx koordinasiya qurmaq
Müqavilə və ödəniş şərtlərinin marja, risk və dövriyyə kapitalına təsirini nəzərə almasını təmin etmək
Təşkilatlanma və performans
Aydın KPI-lar, hədəflər və hesabatlılıq əsasında yüksək nəticəyönümlü kommersiya təşkilatı qurmaq
Kommersiya komandasına rəhbərlik etmək, inkişafını təmin etmək və performansı ölçülə bilən hədəflər üzrə idarə etmək
Kommersiya idarəetmə (governance), hesabatlılıq və nəzarət intizamını formalaşdırmaq
Namizədə dair tələblər:
Yüksək səviyyəli kommersiya rəhbərliyi təcrübəsi (CCO / Kommersiya Direktoru / Satış Direktoru səviyyəsində); tekstil, istehsal, FMCG, tikinti materialları və ya digər B2B sənaye sahələri üzrə təcrübəyə üstünlük verilir
Ən azı 10 il kommersiya sahəsində iş təcrübəsi, o cümlədən ən azı 5 il yüksək rəhbər vəzifədə
Mənfəətli satış artımına nail olmuş, sübut olunmuş nəticələr
İxrac satışları və beynəlxalq biznesin inkişafı sahəsində güclü təcrübə; MDB bazarları üzrə təcrübə üstünlükdür
İri B2B müştərilərini cəlb etmək və inkişaf etdirmək bacarığı
P&L, marja, maya dəyəri və kommersiya qərarlarının dövriyyə kapitalına təsiri barədə dərin anlayış
Praktiki (hands-on), nəticəyönümlü liderlik tərzi
Biznesin idarə edilməsi, İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil; MBA üstünlükdür
İngilis, Azərbaycan və rus dillərini sərbəst bilmək; türk dili üstünlükdür.
Tələb olunan bacarıqlar:
Kommersiya
Güclü kommersiya və biznes düşüncəsi
Strateji satış liderliyi və icra bacarığı
Yeni müştərilərin cəlb edilməsi və strateji müştərilərin inkişafı
Yüksək səviyyədə danışıqların aparılması və müqavilələrin idarə edilməsi
Maliyyə və analitika
Qiymətqoyma, marjanın idarə edilməsi və kommersiya mənfəətliliyi
P&L anlayışı və maliyyə savadlılığı
Müştəri və məhsul mənfəətliliyinin təhlili
Bazar təhlili və artım imkanlarının müəyyən edilməsi
Satış proqnozlaşdırması, pipeline idarəetməsi və CRM intizamı
Güclü analitik və məlumata əsaslanan qərarvermə bacarığı
Liderlik və idarəetmə
Funksiyalararası liderlik və maraqlı tərəflərin idarə edilməsi
Komandaya rəhbərlik, məşqçilik (coaching) və performansın idarə edilməsi
Yüksək məsuliyyət, hesabatlılıq, icra intizamı və idarəetmə mədəniyyəti
Əla ünsiyyət və təqdimat bacarıqları
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2, Azərbaycan
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Chief Commercial Officer
Role Synopsis:
The CCO carries full ownership of revenue growth, profitability, customer portfolio development, pricing discipline and market expansion. The role defines and executes the commercial strategy, leads B2B sales across domestic and export channels, and builds a disciplined, high-performance commercial organization with clear KPIs and accountability.
We are looking for a commercial leader who can do more than manage existing sales — someone who can build markets, win strategic customers, protect margins, and create sustainable profitable growth for GILTEX.
Key Accountabilities:
Commercial Strategy & Market Expansion
Develop and execute GILTEX's commercial and go-to-market strategy across domestic and export markets
Identify and open new markets, channels and customer segments, with primary focus on the CIS region
Translate market demand and competitive intelligence into reliable sales forecasts and commercial plans
Revenue & Profitability
Deliver revenue, gross margin and profitability targets
Establish and enforce disciplined pricing, discounting and commercial terms across the sales organization
Improve product and customer mix on a profitability basis, supported by customer- and product-level margin analysis
Sales & Customer Portfolio
Lead B2B sales across domestic and export markets
Acquire new customers and develop strategic accounts
Build and manage a strong sales pipeline with clear conversion targets and CRM discipline
Strengthen key-account management and customer retention
Cross-Functional Alignment
Coordinate closely with Production, Finance, Supply Chain, Marketing and Quality to align commercial commitments with capacity, cost and quality
Ensure contract terms and payment conditions reflect margin, risk and working-capital implications
Organization & Performance
Build a high-performance commercial organization with clear KPIs, targets and accountability
Lead, coach and develop the commercial team, managing performance against measurable objectives
Establish commercial governance, reporting and review discipline
Desired background:
Senior commercial leadership experience (CCO / Commercial Director / Sales Director level), preferably in textile, manufacturing, FMCG, building materials or another B2B industrial environment
Minimum 10 years of commercial experience, including at least 5 years in a senior leadership role
Proven track record of delivering profitable sales growth
Strong experience in export sales and international business development, ideally across CIS markets
Demonstrated ability to acquire and grow major B2B accounts
Strong understanding of P&L, margins, costing and the working-capital implications of commercial decisions
Hands-on, performance-oriented leadership style
Higher education in Business, Economics, Engineering or a related field; MBA is an advantage
Fluent English, Azerbaijani and Russian; Turkish is an advantage
Required skills:
Commercial
Strong commercial and business acumen
Strategic sales leadership and execution
New customer acquisition and strategic account development
Advanced negotiation and contract management
Financial & Analytical
Pricing, margin management and commercial profitability
P&L understanding and financial literacy
Customer and product profitability analysis
Market analysis and identification of growth opportunities
Sales forecasting, pipeline management and CRM discipline
Strong analytical and data-driven decision-making
Leadership & Governance
Cross-functional leadership and stakeholder management
Team leadership, coaching and performance management
High level of ownership, accountability, execution discipline and governance
Excellent communication and presentation skills
Working conditions:
Location: 2 Sulh Str., Sumgait, Azerbaijan.